Türkiyəli aktyor Çağatay Ulusoy İstanbulda keçirilən toy mərasimində gitara çalaraq qonaqlara sürpriz edib.
Dergi.az xəbər verir ki, 2017 Miss Turkey gözəli Itır Esen ilə məşhur menecer Engin Aykanatın toyunda Çağatay Ulusoy, Serdar Ortaçın səhnəsinə çıxaraq gitara ilə musiqiyə qoşulub. Aktyora səhnədə dostu və həmkarı Mustafa Mert Koç da qoşulub.
Çağatay Ulusoyun gitara performansı və dostları ilə birlikdə sərgilədiyi şən və səmimi çıxış toyda diqqət çəkib.
Sosial mediada yayılan görüntülər izləyicilər tərəfindən böyük bəyənmə və şərhlərlə qarşılanıb. İzləyicilər Ulusoyun performansını “Gecənin ən gözəl sürprizi” kimi dəyərləndiriblər.
