Amerikalı aktrisa Zendaya və model Kylie Jenner arasında dostluq yaranmadığı bildirilib.
Dergi.az xəbər verir ki, mənbəyə əsasən, Zendaya və Kylie eyni məkanda olduqda aralarında həmişə bir soyuqluq hiss olunub. Timothee Chalamet ilə Zendaya “Dune” filmlərinin çəkilişləri zamanı yaxın dostluq qurub.
Kylie Jenner isə Timothee Chalamet ilə münasibətə 2023-cü ilin əvvəllərində başlayıb. Bu vaxt Zendaya və Timothee artıq iki film çəkmiş və bir-birini yaxın dost adlandırmışdı.
“Dune: Part Three” filminin çəkilişləri zamanı Kylie yalnız istehsalın sonuna yaxın Macarıstandakı setə qatılıb. İndi isə filmin tanıtım turu zamanı Kylie və Zendaya tez-tez birlikdə görünəcəklər.
Mənbə, Kylie və Zendaya’nın qırmızı xalçada bir-birini tamamlamasının ümid edildiyini, lakin aralarındakı soyuqluğun göz ardı edilməsinin çətin olduğunu qeyd edib.
