Dünyaca məşhur brend “Victoria’s Secret”in ənənəvi moda şousu 18 oktyabr 2026-cı ildə ABŞ-ın Los-Anceles şəhərində baş tutub.
Dergi.az xəbər verir ki, bu il Nyu-Yorkdan Kaliforniyaya köçürülən dəfilə məşhur modelləri, musiqi ulduzlarını və brendin ikonik mələk obrazlarını bir araya gətirib. Şounun yaradıcı konsepsiyası brendin baş kreativ direktoru Adam Selman tərəfindən hazırlanıb.
Mövsümlərdən ilhamlanan podiumda yaz, yay, payız və qış mövzuları ön plana çıxıb. Çiçək ləçəklərini, qar dənələrini və parlaq metal detalları xatırladan geyimlər nümayişin əsas vizual elementləri arasında yer alıb.
Brendin gənclərə yönəlmiş PINK xətti üçün də ayrıca bölüm təqdim olunub. Dəfilənin musiqi proqramında KATSEYE, Megan Moroney, Megan Thee Stallion və Tate McRae çıxış ediblər.
Podiumda Gigi Hadid, Ashley Graham, Alex Consani, Paloma Elsesser, Imaan Hammam, Anok Yai və Candice Swanepoel kimi tanınmış modellər yer alıblar. Kylie Jenner isə bu il şouda ilk dəfə iştirak edib və təxminən 50 milyon dollar dəyərində olduğu bildirilən “Fantasy Bra” ilə diqqət mərkəzinə düşüb.
2026-cı il nümayişinin diqqətçəkən yeniliklərindən biri də yeni “Victoria’s Secret Angel”ın seçilməsi olub. Brendin “Angels Among Us” adlı sənədli layihəsi çərçivəsində keçirilən kastinqin qalibi 21 yaşlı, Kamerun əsilli Solange Omon elan edilib.
