Amerikalı bloger Kylie Jenner Victoria’s Secret şousunda Fantasy Bra geyinərək debüt edib və bu, model dünyasında tənqidlərə səbəb olub.
Dergi.az xəbər verir ki, Jennerin Victoria’s Secret şousunda iştirakı, “mələklər”in yerinə məşhurların uşaqlarının seçilməsi ilə bağlı qalmaqal fonunda baş verib. Kylie Jennerin bu nümayişdə iştirak etməsi sürpriz olub və onu sevgilisi Timoti Şalame və anası Kris Jenner dəstəkləyib.
Sosial şəbəkələrdə istifadəçilər brendin qərarından narazılıqlarını ifadə ediblər. Onlar Jennerin asanlıqla “qanadlar” və Fantasy Bra əldə etməsini tənqid ediblər, halbuki həqiqi modellər illərlə bu şansı gözləyiblər.
Kylie Jenner sosial media hesablarında kulisdən fotolar paylaşıb və “Ən yaxşı gün” şərhini yazıb.
Qeyd edək ki, şouda Adriana Lima, İrina Şeyk, Alessandra Ambrosio və digər məşhurlar da iştirak ediblər. Victoria’s Secret daha əvvəl “mələklər”dən biri olan Romi Strijdin iştirakdan imtina edilməsindən sonra inflyuenserlərin və məşhurların uşaqlarının modellərlə əvəzlənməsi ilə bağlı tənqidlərə məruz qalıb.
