Kanal D-nin bazar ertəsi axşamları yayımlanan “Uzaq Şəhər” serialında hadisələr gərginləşib. Cihan qaçırılıb, Alya isə Budapeştə getməkdən imtina edib.

Dergi.az xəbər verir ki, serialın son bölümündə Cihan, Alyanın masumiyyətini sübut edən görüntülərə çatıb. Kartal isə həmin görüntülərin ardınca gedərək Cihanı qaçırıb. Cihanın diski Alyanın çantasına qoyması ilə aralarındakı buzlar əriməyə başlayıb.

Hamilə olduğunu hələ açıqlamayan Alya, Budapeştə getməkdən vaz keçib. Ufukun təhdidləri qarşısında qalan Sadakat isə Cihana DNA testi etdirib.

Mirza Ağa, Cihanı qızı Berfinlə bağlı təhdid edərkən gərginlik zirvəyə çatıb. “Uzaq Şəhər” serialı 10,10% izlənmə nisbəti və 27,66% izlənmə payı ilə günün ən çox izlənən proqramı olub.