Kanal D-nin maraqla izlənən “Güllər və Günahlar” serialı son seriyası ilə tamaşaçılara həm duyğusal, həm də həyəcan dolu anlar yaşadıb. Serhat, İlkim və Hayalə Kaderlə bacı olduqlarını açıqlayıb.
Dergi.az xəbər verir ki, Serhat həbsxanaya gedərək Berrakdan hesab sorub, lakin Kaderin onu istəmədiyini öyrəndikdə əsl böyük sarsıntı yaşayıb. Bu çətin dövrdə onun ən böyük dəstəkçisi yenə Zeynəb olub.
Azranın körpəsi ilə evdən qaçdığı seriyada əsas dönüş nöqtəsi Zeynəbin qaçırılması və Cihan ilə Yusifin vurulması ilə yaşanıb. Serhatın qardaşı və atası ilə üzləşməsindən sonra motosikletli bir hücumçu ortaya çıxaraq onlara atəş açıb. Qaçırılan Zeynəbə bu anların televiziyadan izlətdirilməsi isə hadisənin sirrini daha da artırıb.
“Cihan və Yusifi kim vurdu?” və “Cinayət Serhatın üzərinəmi qalacaq?” sualları gecəyə damğasını vurub.
“Güllər və Günahlar” serialı bütün izləyicilər və 20+ABC1 kateqoriyalarında günün ən çox izlənən istehsalı olub. Bütün izləyicilər kateqoriyasında 6,13 izlənmə nisbəti və 17,06 izlənmə payı, 20+ABC1-də isə 4,74 izlənmə nisbəti və 13,54 izlənmə payı ilə liderlik əldə edib.
