Türkiyəli müğənni və aktyor Özcan Denizin xanımı Samar Dadgar təcili olaraq xəstəxanaya aparılıb.

Dergi.az xəbər verir ki, Samar Dadgar sosial media hesabında paylaşım edərək sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib. Bildirilir ki, o, ciddi sağlamlıq problemi yaşayıb və həyatla ölüm arasında olduğunu düşündüyünü qeyd edib.

Samar Dadgarın xəstəxanaya yerləşdirilmə səbəbi barədə ətraflı məlumat verilməyib.

Özcan Deniz və Samar Dadgar cütlüyü bu il ailə həyatı qurub.