Müğənni Nərmin Kərimbəyova “Zəfər Günü”nə yeni layihə çərçivəsində “Atabarı” adlı türk xalq mahnısını ifa edib.
Dergi.az xəbər verir ki, “Atabarı” türk dünyasının sevilən xalq mahnılarından biri hesab olunur və Kərimbəyova bu əsəri yeni aranjimanda öz tərzində təqdim edib. Müğənni mahnıya aid şən fotosessiya da təşkil edib.
Sözügedən mahnı yayımlandığı qısa müddətdə böyük maraq qazanaraq viral olub.
Bəstənin söz və musiqisi anonim xalq mahnısı (türkü) kimi tanınır.
Azərbaycan dilində miks və masterinq Oruc Məmmədova məxsusdur.
