Rusiyalı reper Basta Dubayda konsert verib.

Dergi.az xəbər verir ki, tədbirdə Yelena Perminova, Alla Bruletova, Boris və İrina Zarkovlar da iştirak edib. Konsert Boris Zarkovun sahibi olduğu “Saxalin” restoranında keçirilib və əsasən rusdilli 360 tamaşaçı toplaşıb.

Yelena Perminova parlaq büstqalterdə 27 yaşlı influenser Alla Bruletova ilə birlikdə konsertdə iştirak edib. Boris və İrina Zarkovlar isə qızları Mariya və dostları ilə birlikdə tədbirə qatılıb.

Yelena Perminova yaxınlarda iş adamı Aleksandr Lebedevdən olan uşaqları ilə Dubaya köçüb və bu dəyişikliklə bağlı hisslərini paylaşmışdı.