Rusiyalı aktyor Dmitri Naqiyevin oğlu Kirill Naqiyev atasının hər zaman “superulduz” kimi görünməyə əhəmiyyət verdiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Kirill Naqiyev atasının evdə, çəkilişlərdə və ya mağazada olmasından asılı olmayaraq, hər yerdə dəbli geyinməyə üstünlük verdiyini bildirib. Kirill isə yalnız səhnədə diqqət çəkməyi sevdiyini, gündəlik həyatda isə insanların diqqətini cəlb etməkdən çəkinmədiyini qeyd edib.

Dmitri Naqiyev daha əvvəl “Golos” layihəsini aparmaqdan imtina edib və bir sıra rezonans yaradan açıqlamalarından sonra federal kanallarda qeyri-rəsmi “stop-list”ə düşüb.

Aktyor haqqında Rusiya xaricinə köçməsi ilə bağlı şayiələr yayılsa da, özü bu məlumatları təkzib edib və Rusiyada qaldığını bildirib. Naqiyev keçən il Gürcüstan və BƏƏ-də xarizma inkişafı kursları təşkil edib.

Bu il isə Naqiyev reklam dünyasına geri dönərək Fyodor Bondarçuk ilə birlikdə “MTS” teleoperatorunun reklamında çəkilib.