Cinlərin Düğünü filmi İstanbulda Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində xüsusi nümayişlə tamaşaçılara təqdim edilib.

Dergi.az xəbər verir ki, film Antalya Altın Portakal Film Festivalında Türkiyə premyerasından sonra böyük maraq doğurub. Toronto və Antalya kimi prestijli festivallardan sonra İstanbulda nümayiş etdirilən film, izləyicilərlə görüşüb və sonrasında keçirilən söhbətdə iştirakçıların suallarını cavablandırıb.

Rejissor Ferit Karahan və aktyorlar Deniz Barut, Arya Karahan, İlhan Şen və Erol Babaoğlu tədbirdə iştirak ediblər. Söyləşinin moderatoru, Küçükçekmece Film Ofisi Direktoru Onur Güler olub.

Ferit Karahan filmin ssenari yazımı prosesindəki fəlsəfəsini açıqlayaraq, “Karanlıq tərəfimizlə üzləşmədikdə, o tərəf bizi idarə edir” deyib.

Aktyor İlhan Şen, rejissor Ferit Karahan ilə iş birliyindən məmnun olduğunu bildirib və “Dümeni əlində tutan güclü bir rejissorla çalışmaq çox rahatdır” ifadəsini işlədib.

Film, Anadolu kəndində illər sonra bacılarının toyu üçün bir araya gələn dörd qardaşın ailə sirləri ilə üzləşməsini mövzu alır. Baş rollarda Demet Özdemir, Kaan Yıldırım, İlhan Şen və digər tanınmış aktyorlar yer alır.