Türkiyəli aktrisa Demet Özdemir və aktyor Kaan Yıldırımın baş rollarını paylaşdığı “Cinlərin Düğünü” filminin vizyon tarixi bəlli olub.

Dergi.az xəbər verir ki, Ferit Karahanın rejissorluğu və ssenaristliyi ilə çəkilən film 6 noyabrda Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Film ilk dəfə Toronto Beynəlxalq Film Festivalında təqdim edilib və beynəlxalq mətbuatdan yüksək qiymət alıb.

“Cinlərin Düğünü” filmi Anadolu kəndindəki mürəkkəb ailə münasibətləri və keçmişlə üzləşmə mövzusunda dramatik hekayəni əks etdirir. Film, illər sonra bacılarının toyuna görə bir araya gələn dörd qardaşın hekayəsini izah edir.

Film həm də Demet Özdemir, Kaan Yıldırım, İlhan Şen, Helin Kandemir və Sarp Bozkurt kimi məşhur aktyorları bir araya gətirir.

Ferit Karahan daha əvvəl “Cennetten Kovulmak” və “Okul Tıraşı” filmləri ilə də bir çox beynəlxalq mükafatlar qazanıb.

XƏBƏRİN VİDEOSU