Türkiyəli aktyor Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ilə birlikdə getdiyi məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Dergi.az xəbər verir ki, aktyor “Eşref Rüya” serialında birlikdə rol aldığı Demet Özdemirlə arasında problem olub-olmadığı barədə suala cavab verib.

Çağatay Ulusoy həmkarı ilə arasında heç bir narazılığın olmadığını bildirərək “Xeyr, aramızda heç bir problem yoxdur” deyə açıqlama verib.