Kanal D ekranlarında yayımlanmağa hazırlanan “Susuz Yaz” serialının afişi yayımlanıb.

Dergi.az xəbər verir ki, pamuk tarlalarının ortasında baş verən böyük bir eşqi və bu eşqin qarşısındakı maneələri əks etdirən afiş serialın maraqlı dünyasına dair diqqəti artırıb.

Afişin yayımlanmasından sonra sosial mediada da böyük maraq görən afiş seriala olan gözləntiləri yüksəldib. Yapımcılığını Ay Yapımın üstləndiyi, rejissorları Yusuf Pirhasan və Mehmet Can Bindal olan, ssenarisi isə Sema Ergenekon tərəfindən yazılan serial, Necati Cumalının eyni adlı əsərindən uyğunlaşdırılıb.

1970-ci illərin Adanasında, Çarlak kəndində keçən hekayədə Osman (Mert Ramazan Demir) və qardaşı Hasan (Batuhan Bozkurt Yüzgüleç) dolanışığını təmin etmək üçün torpaqlarını əkib-becərirlər.

Lakin Osmanın Bahara (Lizge Cömert) duyduğu böyük eşq iki qardaş arasındakı balansı dəyişir. Baharla birlikdə yeni bir həyat qurmaq istəyən Osmanın qarşısında qardaşı Hasanın gizli planları var.

Mert Ramazan Demir və Lizge Cömertin baş rollarında olduğu “Susuz Yaz” tezliklə Kanal D-də yayımlanacaq.