Kanal D-nin çərşənbə axşamı yayımlanan “Haysiyyət” serialı izləyiciləri yenə ekrana kilidləyib. Tufanın xəyanəti ilə dünyası başına yıxılan Yıldız boşanma qərarı alaraq evi tərk edib.
Dergi.az xəbər verir ki, Tufanın Yıldızı bu qərarından vaz keçirib-keçirməyəcəyi böyük maraq doğurub. Haluk, Suzanı yanında işə götürüb. Atası Sadıqa arsayı geri alma sözü verən Mehmet, nəqliyyat dükanı açaraq bu yolda ilk addımı atıb.
Seriyanın əsas dönüş nöqtəsi finalda yaşanıb. Suzan, Halukun köməkçisi olaraq işə başladığını Simayın təzyiqi ilə açıqlayıb. Mehmet bu qərara qarşı çıxıb. Bunun üzərinə Suzan, Simayın Enderlə keçmişdə sevgili olduqları sirrini bütün ailənin önündə ortaya qoyub.
İzləyicilər, Mehmetin öyrəndiyi həqiqət qarşısında verəcəyi reaksiya üçün gözlərini yeni seriyaya çevirib.
