Türkiyədə yayımlanan “Haysiyyət” serialının 10-cu bölümü izləyiciləri ekran başına kilidləyib.

Dergi.az xəbər verir ki, Kanal D-də yayımlanan bu seriyada Mehmetin ailəsini ayağa qaldırmaq üçün apardığı mübarizə, Karlıova ailəsinin sirr və xəyanətlərlə sarsılması ilə davam edib. Serialın yeni bölümündə baş verən hadisələr, sosial mediada geniş müzakirələrə səbəb olub.

Kerem Alışık, Doğukan Güngör, Reha Özcan kimi məşhurların rol aldığı serialda Mehmetin ailəsi üzərindəki ağır yük və Simayın yaşadığı çətinliklər diqqət çəkib. Yıldızın isə həyatında yeni bir səhifə açması ilə serial daha da dramatik hal alıb.

Serialın sonunda Suzanın açıqladığı böyük sirr, Mehmet və Simay arasında gərginliyə səbəb olub. Bu hadisələrdən sonra “Haysiyyət”in 11-ci bölümünün necə inkişaf edəcəyi maraqla gözlənilir.