Amerikalı aktrisa Enn Heteuey və zərgərlik dizayneri Adam Şulmanın üçüncü övladı dünyaya gəlib. Cütlük artıq iki oğul böyüdür və indi qızları doğulub.

Dergi.az xəbər verir ki, bu xəbəri aktrisanın “Şeytan Prada geyinir 2” filminin çəkilişlərində birgə işlədiyi kostyum rəssamı Molli Rodcers açıqlayıb. Rodcers sosial mediada Gabriela Hearst-dən rəngarəng paltar geyinmiş oyuncaq ayının şəklini paylaşaraq “Enn Heteueyi ailəsinə yeni üzv qatılması münasibətilə təbrik edirəm” yazıb.

Cütlük hələ rəsmi açıqlama verməyib və qızlarının adını və doğum tarixini açıqlamayıb. Paparatsilər Nyu-Yorkda Heteueyi yeni doğulmuş körpəsi ilə ilk dəfə görüntüləyiblər. Aktrisa körpəsini qəhvəyi rəngli slingdə daşıyırdı.

Enn Heteuey üçüncü hamiləliyini 2026-cı ilin iyununda sosial mediada paylaşdığı video ilə elan etmişdi. Daha sonra müxtəlif tədbirlərdə bel hissəsi açıq geyimlərlə iştirak edirdi. Aktrisa, hamiləliyin onlar üçün sürpriz olduğunu etiraf edib.

Enn Heteuey və Adam Şulman 2012-ci ilin sentyabrında evləniblər və onların artıq 10 yaşlı Conatan və 6 yaşlı Cek adlı iki oğulları var.