Amerikalı aktrisa Eva Lonqoriya, müğənni Teylor Svift və Ariana Qrande müxtəlif tədbirlərdə iştirak ediblər.
Dergi.az xəbər verir ki, Eva Lonqoriya və Endi Makdauell Los-Ancelesdə L’Oréal Paris Women of Worth Celebration adlı 21-ci illik xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə aktrisalar Kristen Bell və Kara Delevin də iştirak ediblər.
Teylor Svift isə Naşvildə keçirilən CMA Awards 2026 musiqi mükafatının 60-cı yubiley mərasiminə qatılıb. O, mərasimdə Oscar de la Renta brendinin sarı məxmər paltarını geyinib.
Bu zaman Londonda Ariana Qrande “Zanışma ilə tanışlıq 4” komediyasının Britaniya premyerasında iştirak edib. O, Vivienne Westwood markasının qara krujeva paltarını seçib.
Beverli-Hillzdə isə Harrison Ford və həyat yoldaşı Kalista Flokhart Women’s Guild Cedars-Sinai Stardust Ball xeyriyyə gecəsinə qatılıblar.
