Amerikalı musiqi cütlüyü Brooks & Dunn 2026 Country Music Association (CMA) Mükafatlarında Willie Nelson Ömürlük Nailiyyət Mükafatını alıb.

Dergi.az xəbər verir ki, Nashville, Tennessi şəhərindəki Bridgestone Arenada keçirilən mərasimdə bu prestijli mükafatı Kix Brooks və Ronnie Dunn-a Teylor Svift təqdim edib.

Brooks & Dunn bu mükafatı alan ilk duet olub. Teylor Svift çıxışında onların kantri musiqisində əldə etdikləri uğurları və digər sənətçilərə göstərdikləri dəstəyi vurğulayıb.

Ronnie Dunn mükafatı qəbul edərkən, özlərinin də musiqi karyeralarının başlanğıcında Willie Nelson-dan ilham aldıqlarını qeyd edib.

Brooks & Dunn 2009-cu ildə təqaüdə çıxdıqlarını elan edib, lakin sonradan bir neçə dəfə konsertlər üçün bir araya gəliblər. Onlar 2019-cu ildə Country Music Hall of Fame-ə daxil ediliblər.