Amerikalı müğənni Teylor Svift və futbolçu Travis Kelce toy mərasimində qonaqlardan hədiyyə əvəzinə xeyriyyə məqsədli ianələr etmələrini istəyib.

Dergi.az xəbər verir ki, cütlük 3 iyulda Nyu-Yorkdakı Madison Square Garden-da dəbdəbəli toy mərasimini keçirib. Onlar hədiyyələrdən imtina edərək qonaqlarını xeyriyyə təşkilatlarına ianə etməyə təşviq ediblər.

Bunlardan biri, Qərbi Virciniyada yerləşən Hancock County Humane Foundation heyvan sığınacağı olub. Təşkilat Svift və Kelce-nin xüsusi ziyarətini Instagram hesabında paylaşıb.

Şəkildə Svift cins şalvar və qırmızı köynək geyinib, Kelce isə qara və mavi Tommy Hilfiger jaketi və beysbol papağı ilə görünüb.

Toydan əvvəl cütlük müxtəlif təşkilatlara ümumilikdə 26 milyon dollar məbləğində ianələr edib. Bunların arasında Dolly Partonun Imagination Library layihəsi də yer alıb.

SOSİAL MEDİA MƏZMUNU