Türkiyəli müğənni Sertab Erener, Birləşmiş Millətlər İqlim Dəyişikliyi Çərçivə Sazişinin 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində “One Home-Tek Ev” adlı mahnı bəstələyib və səsləndirib.

Dergi.az xəbər verir ki, bu mahnı ilə Erener iqlim böhranına diqqət çəkməyi hədəfləyib. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri və COP31 sədri Murat Kurum, mahnını sosial media hesablarında paylaşaraq Sertab Erenerə təşəkkür edib.

Kurum paylaşımında “Tek bir dünya, tek bir yuva, tek bir göy, tek bir ümid, tek bir səs. Torosların ətəklərindən qlobal iqlim diplomatiyasının zirvəsinə güclü bir nəfəs daşıyırıq” ifadələrini işlədib.

Mahnının sözlərində təbiətin qorunması və qlobal iqlim mübarizəsinə diqqət çəkilərək, gələcək nəsillər üçün qlobal miqyasda birlikdə hərəkət etməyə çağırış edilib.