Türkiyəli aktrisa Özge Borak şəxsi həyatı ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, aktrisa, bir proqramda öz həyatı ilə bağlı verilən suallara cavab verərkən, ‘Ayıb olmasın’ deyə evlənmədiyini bildirib. Borak, dostluq və iş münasibətləri ilə bağlı nümunələr gətirərək, bu kimi mövzuların yanlış başa düşülməməsi üçün diqqətli olunmasını istəyib.
Məşhur aktrisa, evlilik mövzusunda danışarkən, yanlış başlıqların çıxarılmasının zərərli olduğunu vurğulayıb. O, keçmişdə bu mövzularda danışmadığını və indi də danışmaq niyyətində olmadığını qeyd edib.
