Kanal D-də yayımlanan “Daha 17” serialında Aras adlı obrazın həbs edilməsi hadisəsi baş verib.

Dergi.az xəbər verir ki, serialın son bölümündə Arasın həqiqətləri ortaya çıxarmaq cəhdi Hakan və Şebnemin hiylələri nəticəsində uğursuz qalıb. Onlar Uğura saxta etiraf videosu çəkdiriblər. Bu videonu izləyən Teoman isə şübhələrinin əsiri olub və Arası polisə tutdurub.

Serialda Leylanın uşaqlıq illərində yaşadığı yanğınla bağlı xatirələri yenidən yaddaşına qayıtması da bölümün digər sürprizi olub. Arasın həbs edildiyi xəbəri ekranda göründüyü zaman Teomanın yanına gəlməsi və “Teoman öldü” deməsi isə həyəcanı artırıb.

“Daha 17” serialı Pastel Film tərəfindən istehsal olunub və yeni bölümləri bazar axşamları Kanal D-də yayımlanır.