Türkiyəli bəstəkar və musiqiçi Özer Atikin “Yok Böyle Bir Şey” adlı mahnısı Daha 17 serialının son bölümündə yenidən diqqət mərkəzinə gəlib.
Dergi.az xəbər verir ki, serialın Teoman və Deniz arasındakı emosional səhnəsində səsləndirilən bu mahnı, izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Özer Atik, mahnısının illər sonra yenidən populyarlaşmasından məmnun olduğunu bildirib.
Sosial media hesabından paylaşım edən Atik, “Bir əsərin illər sonra bu qədər insana təsir etməsi, böyük bir xoşbəxtlikdir” ifadələrini işlədib.
Serialda Helin Elverenin canlandırdığı Deniz obrazının səsləndirdiyi Birhan Keskinin “Eski Avluda” adlı şeiri də izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
