Türkiyəli rejissor Emre Kabakuşak “Daha 17” serialının gənc aktyorları ilə bir araya gəldiyi anları sosial media hesabında paylaşmağa davam edir.
Dergi.az xəbər verir ki, rejissorun Çağan Efe Ak, Ata Yaşat, Ceren Ayruk və Helin Elveren ilə çəkdirdiyi foto izləyicilər tərəfindən maraqla qarşılanıb. Kabakuşak, paylaşımında gənc aktyorlarına duyduğu sevgini ifadə edib.
Rejissor fotoşəkilin altında “Gururlarım desem yetmez, çox seviyorum desem hep eksik… İyi ki siz” sözlərini qeyd edib.
Pastel Film tərəfindən istehsal olunan “Daha 17” serialı kamera arxasındakı səmimi atmosferi ilə də diqqət çəkir. Yeni seriyası bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.
