Türkiyəli gənc aktyor Çağan Efe Ak, “Daha 17” serialında canlandırdığı Aras obrazı və həmkarı Ata Yaşat ilə qurduğu xüsusi bağ haqqında danışıb.

Dergi.az xəbər verir ki, Bodrumda çəkilən “Daha 17” serialının ulduzlarından olan Ak, Aras obrazının ona ailə dəyərlərini yenidən xatırlatdığını bildirib. Ak, Arasın qardaşına olan bağlılığının və onu qoruma cəhdlərinin öz həyatına da təsir etdiyini qeyd edib.

Ak, serialdakı qardaş obrazını canlandıran Ata Yaşat ilə dostluq münasibətinin zamanla daha da gücləndiyini vurğulayıb. O, “Ata tanıdığım ən düzgün insanlardan biridir. Aylardır bir yerdə çalışırıq və artıq qardaş kimi olduq” deyə bildirib.

Çağan Efe Ak, Aras və qardaşının qovuşma anının həm özlərini, həm də izləyiciləri çox həyəcanlandırdığını söyləyib. Ak, serialın duyğu yüklü hekayəsində izləyicilərin sürpriz inkişaflarla qarşılaşacağını da qeyd edib.