Amerikalı aktrisa Barbara Eden 95 yaşında olmasına baxmayaraq, idmanla məşğul olmağa davam edir.
Dergi.az xəbər verir ki, aktrisa gündəlik idman proqramında 35 dəqiqə velosiped sürməklə məşğul olduğunu bildirib. Eden həmçinin 35 illik həyat yoldaşı Con Eixoltz ilə evdə şəxsi məşqçi ilə çalışır.
O, əvvəllər idman zalına getdiyini, lakin indi yalnız evdə çəkilərlə məşğul olduğunu qeyd edib. Aktrisa, çəki qaldırmanın qadınlar üçün xüsusilə faydalı olduğunu vurğulayıb.
Barbara Eden sağlam qidalanmağa diqqət etdiyini, lakin heç vaxt siqaret çəkmədiyini də bildirib. O, həmçinin günəşin dəriyə zərər verə biləcəyini erkən yaşlarda bilmədiyini, lakin indi günəşdən qoruyucu kremlərdən istifadə etdiyini qeyd edib.
Eden, “I Dream of Jeannie” serialındakı rolu ilə tanınır və bu serialın hələ də izlənilməsindən məmnun olduğunu bildirib.
