Bir vaxtlar Yeşilçam filmlərində rol alan Gölgen Bengü illər əvvəl aktyorluqdan uzaqlaşaraq tamam başqa yol seçib.
Dergi.az xəbər verir ki, o, Kemal Sunalla birlikdə çəkildiyi “Meraklı Köfteci” filmi ilə tanınıb. Daha sonra 1977-ci ildə Zeki Alasya və Metin Akpınarın rol aldığı “Aslan Bacanak” filmində Zeynep obrazını canlandırıb.
1976-cı ildə keçirilən “Sinema Artisti” müsabiqəsində ikinci yeri tutan Bengü cəmi iki filmdən sonra aktyorluğu tərk edib.
O, qazandığı populyarlığa baxmayaraq, sənət fəaliyyətini davam etdirmək əvəzinə akademik karyerasına üstünlük verib.

Gölgen Bengü Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakültəsini bitirib. Daha sonra ABŞ-da North Carolina A&T State University-də magistr təhsili alıb, Clemson Universitetində isə doktorluq dərəcəsi qazanıb.
Bir vaxtlar Yeşilçam ekranlarında görünən aktrisanın akademik karyeraya üstünlük verməsi onun həyatındakı ən diqqətçəkən dəyişikliklərdən biri olub.
