Amerikalı rejissor Ceyms Qrey məşhur rejissor Fransis Ford Koppolanın ona verdiyi məsləhəti açıqlayıb.
Dergi.az xəbər verir ki, Qrey, Koppolanın ona “Şəxsi ol. Bu dünyada yalnız bir dənə sən varsan” sözləri ilə müraciət etdiyini bildirib. Rejissor bu məsləhəti karyerası boyunca rəhbər tutduğunu deyib.
Qrey Dohada keçirilən film festivalında “Paper Tiger” adlı yeni kriminal dramını təqdim edərkən bu barədə danışıb. Film 1980-ci illərin Nyu-Yorkunda iki qardaşın Rusiya mafiyası ilə əlaqəli təhlükəli bir planın içindəki macəralarını əks etdirir.
Qrey, filmin öz ailə tarixindən ilham aldığını və atasının əmisi ilə olan münasibətini ekrana gətirdiyini qeyd edib. Rejissor, filmlərinin janr üzərindən deyil, şəxsi hekayələr üzərindən dəyərləndirilməsini üstün tutduğunu vurğulayıb.
Festivalda iştirak edən Braziliyalı prodüser Rodriqo Teixeira isə müstəqil kinonun gələcəyi ilə bağlı nikbin olduğunu bildirib. O, ABŞ və Braziliyada müstəqil prodüserlərin qarşılaşdığı çətinliklərdən danışıb.
