Amerikalı rejissor Ceyms Qreyin “Paper Tiger” filmi Doha Film Festivalının Qala və Xüsusi Nümayişlər proqramında yer alıb.

Dergi.az xəbər verir ki, festival 19-27 noyabr tarixlərində keçiriləcək. Proqrama həmçinin Maiken Baird-in “Edward Said: Between Worlds” sənədli filmi, Bruno Dumont-un “Red Rocks” dramı və Rami Kodeihin “Furies” trilleri daxildir.

Festivalın direktoru Fatma Həsən Əlremeyhi bildirib ki, nümayiş olunan filmlər tamaşaçıları hərəkətə gətirəcək, təəccübləndirəcək və müzakirələrə səbəb olacaq. Seçim insan təcrübəsinin mürəkkəbliyində ləyaqət və həqiqəti tapmaq cəsarətini qeyd edir.

Qeyd edək ki, “Paper Tiger”, “Furies” və “Artou” filmləri Media City Qatar tərəfindən dəstəklənib.