Türkiyəli aktrisa Ceren Yalazoğlu Karakoç “Kızılcık Şerbeti” serialına geri qayıdıb.
Dergi.az xəbər verir ki, aktrisa sosial media hesabında ilk paylaşımını edərək bu barədə məlumat verib. O, paylaşımında “Bəzi hekayələr bitir. Bəziləri isə fikrini dəyişir. Bəzi obrazlar öz vidalarını o qədər də ciddi qəbul etmirlər. Görünür, Nursemanın hələ danışacaq sözləri var imiş. Nursema ilə qaldığımız yerdən deyil, yenidən başlayırıq… Bu dəfə hekayənin hara gedib çıxacağını hamımız birlikdə görəcəyik. Həyatın, ssenarinin və zamanlamanın kiçik sürprizlərinə… Elə isə, yenidən!” sözlərini yazıb.
Bu paylaşım serialın izləyiciləri arasında böyük maraq doğurub.
