Türkiyəli aktrisa Nisa Melis Telli “Öyle Bir Geçer Zaman Ki” serialında canlandırdığı Deniz rolu ilə tanınan aktrisa, yeni fotoları ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, serialda Aylin və Sonerin qızı rolunu ifa edən Nisa Melis Telli, uşaqlıqda kamera qarşısına keçmişdi. İndi isə onun yeni fotoları, serialı izləyənlərin diqqətini yenidən ona yönəldib.
Nisa Melis Telli “Canımın İçi”, “Günce”, “Firuze” və “Gölgedekiler” kimi layihələrdə də rol alıb. O, 2014-cü ildə “Mucize” filmində də çıxış edib.
Telli’nin son görüntüləri, “Öyle Bir Geçer Zaman Ki” serialının illər sonra belə izləyicilərdə buraxdığı təsiri ortaya qoyur.
