Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nesrin Cavadzadə sosial mediada etdiyi bəyənmə səbəbindən müzakirələrin mərkəzində qalıb.

Dergi.az xəbər verir ki, aktrisa Azərbaycanda başörtüsü ilə bağlı müzakirələrə dair paylaşımda emojilər qoyduğu üçün tənqid edilib. Cavadzadə günlər sonra susqunluğunu pozaraq ona yönələn təhqirlərə cavab verib və məsələni məhkəməyə daşıyacağını açıqlayıb.

Nesrin Cavadzadə sosial mediada bir paylaşımı bəyənməsinin, o məzmundakı bütün fikirləri mənimsədiyi anlamına gəlmədiyini qeyd edib. O, kimliyi və inancı üzərindən hədəf alınmasına icazə verməyəcəyini vurğulayıb.

Aktrisa ona qarşı edilən təhqir və şəxsi hüquqlarının pozulması ilə bağlı paylaşımlara səssiz qalmayacağını bildirib. O, məsələni hüquqi və cinayət məsuliyyəti baxımından vəkillərinə həvalə etdiyini söyləyib.

Nesrin Cavadzadə məsul şəxslərlə Türkiyə məhkəməsi qarşısında haqq-hesab çəkəcəyini və kimliyi, inancı və dəyərləri üzərindən aparılan etibarsızlaşdırma cəhdlərinə boyun əyməyəcəyini vurğulayıb.