Rusiyalı supermodel İrina Şeyk Victoria’s Secret aftepatidə ən cəsarətli və təhrikedici obrazını nümayiş etdirib.

Dergi.az xəbər verir ki, model Mowalola brendindən podium üçün hazırlanmış total-look geyimləyib. Şeyk qara büstqalter və dərin bordo rəngli, şəffaf, aşağı bel şalvar geyinib. Bu şalvarın uzun ətəkləri ayaqqabını tamamilə örtürdü.

Modelin bu cazibədar obrazında yeganə diqqətçəkən aksesuar böyük xaçla bəzədilmiş uzun zəncir olub. Lakin ətrafdakıların və sosial media istifadəçilərinin diqqəti əsasən Şeykin cəsarətli geyiminə yönəlib.