Türkiyəli aktrisa Cemre Baysel “Güller ve Günahlar” serialında canlandırdığı Zeynəb obrazı ilə sosial mediada böyük marağa səbəb olub.

Dergi.az xəbər verir ki, aktrisa son seriyada Murat Yıldırımın canlandırdığı Serhatla rəqs etdiyi səhnədə geyindiyi libası ilə izləyicilərin diqqətini çəkib.

Cemre Baysel bu səhnəni sosial media hesabında paylaşaraq “Səhnə üçün komandamdan bir az sehr” şərhini əlavə edib.

Aktrisanın seçdiyi geyim də izləyicilər tərəfindən bəyənilib.