Türkiyəli aktrisa Kimya Gökçe Aytaç “Kızılcık Şerbeti” serialının heyətinə qatılıb.
Dergi.az xəbər verir ki, hər həftə yeni hekayə və personajlarla diqqət çəkən serialın bu axşam yayımlanacaq yeni seriyasında baş verəcək hadisələr maraq doğurub. Serialda gərginliyin artdığı bir vaxtda yeni bir simanın daxil olması ilə yeni balansların yaranacağı gözlənilir.
Özgür Sevimlinin rejissorluq etdiyi “Kızılcık Şerbeti” serialı heyətini yeni adlarla gücləndirməyə davam edir. Son olaraq Kimya Gökçe Aytaç heyətə daxil olub. Bu transferlə serialdakı hadisələr və personajlar arasındakı münasibətlər yeni bir mərhələ qazanır.
Həyəcan və qarşıdurmaların səngimədiyi serial Kimya Gökçe Aytaçın yer alacağı yeni seriyası ilə bu axşam ekrana gələcək.
