Dünyaca məşhur model Veruşka 88 yaşında Berlində vəfat edib.

Dergi.az xəbər verir ki, Veruşka qraf Henrix fon Lendorfun ailəsində dünyaya gəlib. Doğulduğu zaman ona qrafinya titulu verilib. Gələcək modelin atası 1944-cü ildə Adolf Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra edam edilib.

Veruşka 800-dən çox jurnalın üz qabığı üçün fotosessiyaya çəkilib. Təkcə “Vogue” jurnalının üz qabığında 11 dəfə yer alıb.

Moda sənayesində ona qeyri-rəsmi olaraq “ilk alman supermodeli” titulunu veriblər. Model həmçinin rəssam Salvador Dali ilə əməkdaşlıq edib. Onlar birlikdə bədən sənəti (body art) üslubunda müxtəlif eksperimentlər aparıblar.