Rusiyalı model Aleksandra Stashkeviç “Miss Universe” yarışmasının final mərhələsinə hazır olduğunu bildirib.
Dergi.az xəbər verir ki, San-Xuan şəhərinə 8 noyabrda gələn Stashkeviç bir neçə çamadan dolusu geyim gətirib. Müsabiqə iştirakçıları hər an mükəmməl görünməlidir və buna görə də səhər makiyaj və saç düzümü ilə başlayır.
Modelin açıqlamasında qeyd olunub ki, iştirakçılar müntəzəm olaraq kosmetoloq ziyarətləri, fotosessiyalar və video çəkilişlərdə iştirak edirlər. Həmçinin, məşqlər də gündəlik rejimdə yer alır.
Səhnə çıxışlarında yüksək dabanlı ayaqqabılar vacibdir və ideal yeriş də hər gün təkmilləşdirilir.
XƏBƏRİN VİDEOSU
0:00 / 0:00
