Amerikalı model Bella Hadidin yeni eşq münasibəti gündəmə gəlib.
Dergi.az xəbər verir ki, model “Colorado Avalanche” xokkey komandasının oyununda yeni sevgilisi Natan Lesi ilə birlikdə görüntülənib.
Bella Hadid münasibətini sosial şəbəkədə paylaşdığı fotolarla rəsmən təsdiqləyib. Fotoalbomuna “Həyatımın ən gözəl gecəsi!” şərhini yazan model sevgilisi ilə səmimi və romantik anlarını da izləyiciləri ilə bölüşüb.
