Türkiyəli model Sahra İşık oğlunun gözləri ilə bağlı sosial mediada edilən tənqidlərə cavab verib.

Dergi.az xəbər verir ki, İşık, oğlunun gözləri ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün onu üç dəfə həkimə apardığını bildirib.

Model, həkimlərin uşağın sağlam olduğunu təsdiqlədiyini və heç bir problemin olmadığını vurğulayıb.

Sahra İşık, sosial mediada yayılan əsassız məlumatlara inanmamağa çağırıb.