Amerikalı aktyorlar Bryus Uillis və Dəmi Murun kiçik qızı, 32 yaşlı Tallula Uillis ana olacaq.

Dergi.az xəbər verir ki, Tallula Los-Ancelesdə “GQ” jurnalının mükafat mərasimində parlaq parçalardan hazırlanmış və hamilə qarınını vurğulayan geyimdə iştirak edib. Onunla birlikdə qırmızı xalçaya 38 yaşlı böyük bacısı Rumer Uillis də çıxıb.

Xatırladaq ki, bu ilin yayında Tallula dörd il görüşdüyü musiqiçi Castin Eysi ilə ailə qurub. Toyda anası Dəmi Mur və bacıları Rumer və Skaut iştirak ediblər. Atası, 71 yaşlı aktyor Bryus Uillis isə sağlamlıq problemləri səbəbindən mərasimdə iştirak edə bilməyib. Son illərdə o, demensiya ilə mübarizə aparır.

Castin Eysi “Made Violent” rok qrupunun barabançısı kimi tanınır. O, həmçinin “Nighties” təxəllüsü ilə musiqi yazır və ifa edir. Tallula isə son vaxtlar geyim dizayneri kimi fəaliyyət göstərir və rəssamlıqla məşğuldur.

Dəmi Mur üçün Tallulanın övladı ilk nəvə olmayacaq. Onun böyük qızı Rumer üç yaşlı Luetta adlı qızını böyüdür. Rumer hazırda qızının atası Derek Tompsonla qəyyumluq üstündə məhkəmədə mübarizə aparır. Rumerin sözlərinə görə, Luettanın atası birgə yaşadıqları dövrdə narkotik maddələrdən istifadə edib və Luettanı “çılpaq şəkildə sevməyi” xoşlayıb. Məhkəmədə Mur da qızının ifadəsini təsdiqləyib.