Amerikalı məşhurlar Kim Kardaşyan, Demi Mur, Şarliz Teron və Heyli Biber Los-Ancelesdə keçirilən Academy Museum Gala xeyriyyə gecəsinə qatılıblar.
Dergi.az xəbər verir ki, bu il altıncı dəfə təşkil olunan tədbir Kino Sənəti və Elmləri Akademiyasının Muzeyi tərəfindən təşkil edilib. Tədbirdə muzeyin proqramlarının inkişafı üçün vəsait toplanıb və mükafatlar təqdim edilib.
Bu il Şarliz Teron qlobal mədəniyyətə təsiri, rejissor və bəstəkar Con Karpenter kino sənətində yaradıcılıq imkanlarını genişləndirdiyi üçün, Kolman Domingo isə dominant narrativləri sorğuladığı üçün mükafatlandırılıb.
Kim Kardaşyan tədbir üçün Balenciaga markasının 1951-ci il arxiv paltarını seçib və Elizabeth Taylor üslubunda saç düzümü ilə Leviev brilyant boyunbağısını əlavə edib. Demi Mur Mugler paltarı geyinib, Şarliz Teron isə Haider Ackermann tərəfindən hazırlanmış Tom Ford şəffaf libasını seçib.
Heyli Biber Chanel markasının xüsusi hazırlanmış paltarını geyinib, “Euphoria” serialının ulduzu Alexa Demie də eyni markanın geyimində olub. Jessica Biel isə Tamara Ralph paltarı və Chopard zinət əşyaları ilə gecəyə qatılıb.
