Amerikalı model Brooks Nader bacısı Sarah Jane-in Pete Davidson ilə görüşdüyü barədə şayiələrə münasibət bildirib.
Dergi.az xəbər verir ki, E! News-a müsahibəsində Nader bacısının bu münasibətini təsdiqləmədiyini deyib. “O, nə istəyirsə edə bilər, amma mən bunu dəstəkləmirəm. O, mənim razı olmadığım birisi ilə görüşəndə mənə heç nə demir. Ona görə də mən bunu onlayn öyrənirəm,” – deyə model bildirib.
Sarah Jane-in avqust ayında və keçən həftə Nyu-Yorkda Davidson ilə birlikdə görüldüyü və onların qeyri-rəsmi görüşdükləri bildirilir.
Bununla belə, Page Six-ə danışan Davidson-a yaxın bir dost bildirib ki, onlar sadəcə dostdurlar və son altı ayda cəmi dörd dəfə görüşüblər.
Davidson əvvəllər Margaret Qualley, Emily Ratajkowski və Kim Kardaşyan kimi məşhur qadınlarla münasibətdə olub.
