Türkiyəli aktrisa və müğənni Zuhal Olcay Çapamarka Ailə Qazinosunda konsert verib.
Dergi.az xəbər verir ki, gecənin sürprizi aktyor Tuğrul Tülekin səhnəyə dəvət olunması olub. Zuhal Olcay Dubay konserti üçün aldığı qara, sinə dekolteli kostyumu və brilyant boyunbağısı ilə səhnəyə çıxaraq tamaşaçılarını heyran edib.
Tuğrul Tülek, gecənin irəliləyən saatlarında Zuhal Olcayın dəvəti ilə səhnəyə çıxıb və “Dedikodu” mahnısını birlikdə ifa ediblər. Olcay özünəməxsus aktyorluq gücü və səhnə enerjisi ilə Tülekə dəstək olub.
Tuğrul Tülek mahnıya başlamazdan əvvəl “Çox uzun zamandır sənə aşiqəm” sözləri ilə Zuhal Olcaya olan sevgisini etiraf edib.
