Böyük Britaniyalı şahzadə Harri həyat yoldaşı Meqan Markla Hollywooddan uzaqlaşması üçün ultimatum verib.
Dergi.az xəbər verir ki, iddialara əsasən, Harri Meqanın həyat tərzi brendi, xeyriyyə fəaliyyəti və aktyorluq karyerası arasında çox iş gördüyünü düşünür. O, Meqanın bir qədər geri çəkilməli və təkliflərin özünə gəlməsini gözləməli olduğunu bildirib.
“The Gentlemen” serialının ikinci mövsümündə Meqanın iştirak edəcəyi gözlənilirdi, lakin rejissor bunun mümkün olmadığını açıqlayıb. Bu hadisə Harriyə mənfi təsir edib və onu əyləncə sənayesinə qarşı narazı salıb.
Harri Böyük Britaniyada yeni imkanların açılacağını və Meqanın karyerasının inkişaf edəcəyini düşünür. O, Meqanın Hollywooddan uzaqlaşaraq özünə təkliflərin gəlməsini gözləməli olduğunu hesab edir.
Cütlük maliyyə sabitliyini təmin etmək üçün gələcək planlar qurur, lakin onların yüksək zövqləri ilə gəlirləri arasında fərq olduğu bildirilir.
