Amerikalı aktrisa Amanda Seyfried boşanma prosesində olan əri Tomas Sadoski ilə birlikdə çəkilmiş şəkilini paylaşıb.
Dergi.az xəbər verir ki, aktrisa “Instagram” hekayələrində, sertifikatlı həyat və boşanma məşqçisi Oliviya Hauellin boşanmanı “sıxıcı” və “normal” hala gətirmək barədə sitatını yayımlayıb.
Seyfried bu paylaşımı, özünün və Sadoskinin qara-ağ rəngdə çəkilmiş, birlikdə gülümsəyən şəkilləri ilə müşayiət edib. O, paylaşımda “The Newsroom” serialının aktyorunu da qeyd edib.
Sentyabr ayında aktyorlar 9 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıblar. Onlar, “Bir müddətdir ayrıyıq və bu, bizim və ailəmiz üçün doğru qərar oldu,” deyə bildiriblər.
2017-ci ildə evlənən Seyfried və Sadoski, iki uşaq sahibidir: 9 yaşlı qızı Nina və 6 yaşlı oğlu Tomas Jr.
