Kolumbiyalı aktrisa Sofia Vergara və amerikalı aktyor Joe Manganiello arasındakı münaqişə boşanmadan iki il sonra da davam edir.
Dergi.az xəbər verir ki, Sofia Vergara keçmiş əri Joe Manganiellonun ona 50 yaşından sonra uşaq doğmağı istədiyini, lakin özünün bu yaşdan sonra nəvə sevmək istədiyini açıqlayıb.
Joe Manganiello isə bu iddiaları təkzib edərək, bir müddət əvvəl çıxardığı “Bloodlines” adlı kitabında immunitet sistemini zədələyən xəstəlikdən ölüm təhlükəsi keçirdiyini bildirib.
Sofia Vergara isə bu iddialara heç bir cavab verməyib. Hollivud kulislərində Joe Manganiellonun bu açıqlamalarının kitabının tanıtımı üçün edildiyi iddia olunur.
Bəzi mənbələr Joe Manganiellonun keçmiş həyat yoldaşını ictimaiyyət qarşısında kiçiltməyin doğru olmadığını vurğulayıb.
