Hollivud ulduzu Cennifer Lourens yeni saç baxımı brendi “mes° beauty”ni təqdim edib.
Dergi.az xəbər verir ki, aktrisa saçlarının yaxşı görünməsinin onun üçün vacib olduğunu bildirib. O, “Saçlarım yaxşı görünürsə, heç kimin üzümə, geyimimə və ya bədənimə diqqət yetirməyəcəyini düşünürəm” deyə qeyd edib.
İki uşaq anası olan Lourens baxımlı görünmək istəyinin səbəbini də səmimi şəkildə açıqlayıb. Aktrisa “Mən seksual ana olmaq istəyirəm. Uşağımı məktəbə və ya bağçaya aparanda hər şeyə nəzarət edən bir qadın kimi görünmək istəyirəm. Hətta indicə yuxudan oyanmış olsam və özümü heç də qaydasında hiss etməsəm belə” deyə əlavə edib.
