Amerikalı aktyorlar Leonardo Di Kaprio və Cennifer Lourens rejissor Martin Skorsezenin yeni “Gecə nə baş verir” adlı qotik psixoloji qorxu filmində baş rolları canlandıracaqlar.
Dergi.az xəbər verir ki, filmin istehsalı “Apple Original Films” və “StudioCanal” şirkətləri tərəfindən həyata keçirilir. Film övladı olmayan amerikalı cütlüyün hekayəsini izah edəcək.
Layihəyə britaniyalı müğənni Çarli XCX də kameo rolunda qoşulub.
