Türkiyəli iş adamı Hacı Sabancının həyat yoldaşı Nazlı Sabancı lüks markalara aid geyimlərini satışa çıxarıb.
Dergi.az xəbər verir ki, Nazlı Sabancı satışdan əldə ediləcək gəliri təhsil alan tələbələrə və təqaüd fondlarına yönəldəcəyini açıqlayıb.
Psixologiya fakültəsindən məzun olan Sabancı bu addımı ilə izləyicilərindən böyük dəstək qazanıb.
Nazlı Sabancının bu sosial məsuliyyət layihəsi təqdirlə qarşılanıb və çox sayda insan tərəfindən bəyənilib.
